Ukrayna Rusiyaya niyə müharibə elan edə bilmir?

Ukrayna Rusiyaya müharibə elan edə bilməz, çünki RF-in nüvə silahı var. Virtualaz.org "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bunu bu gün dövlətə xəyanətdə ittiham olunan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin işi üzrə məhkəmədə ifadə verərkən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

O, eyni zamanda şikayətlənib ki, Kiyevin Rusiyanın qarşısında durmaq üçün hərbi vasitələri yoxdur.

"Bütün cəbbəxanasını işə salacağı təqdirdə Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün bizim hərbi vasitələrimiz yoxdur. Məhz buna görə də, 2014-cü ilin fevral-mart aylarında olduğu kimi, təəssüf ki, hətta indi, döyüşkən ordumuz olduğu halda... biz işğalçıya müharibə elan edə bilmirik, çünki RF nüvə dövlətidir", - Turçinov deyib.

Bu sözlərlə o, Yanukoviçin vəkillərinin Krımın ilhaqından sonra Ukraynanın Rusiyaya nəyə görə müharibə elan etməməsi ilə bağlı sualını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31