Trampın statusundan sonra hava limanları və hərbi bazalar boşaldılır
ABŞ prezidenti Donald Trampın Tvitterdə Rusiyanı təhdid edən statusundan sonra Suriyada həyəcan təbili çalınmağa başlayıb. Mümkün hücuma qarşı hava limanları və hərbi bazalar boşaldılmağa başlayıb.
11 Aprel 2018 20:14 DünyaABŞ prezidenti Donald Trampın Tvitterdə Rusiyanı təhdid edən statusundan sonra Suriyada həyəcan təbili çalınmağa başlayıb. Mümkün hücuma qarşı hava limanları və hərbi bazalar boşaldılmağa başlayıb.
Qeyd edək ki, Tramp Tvitterdə "Rusiya Suriyaya buraxılacaq bütün raketləri vuracağına söz verir. Hazırlaş Rusiya, çünki onlar gəlirlər. Daha yaxşıları, yeniləri və "ağıllı"ları" yazmışdı. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunlar bildirmişdi: ""Ağıllı" raketlər qanuni hökumətlərə qarşı deyil, terrorçulara istiqamətlənməlidir". Qafqazinfo.az xarici KİV-ə istinadən xəbər verir.