Rusiya ABŞ-ın Suriya ilə bağlı qətnaməsinə veto qoydu
Rusiya ABŞ-ın Suriyada güman olunan kimyəvi hücumun araşdırılması üçün yeni mexanizmin yaradılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə veto qoyub. Şuranın 12 üzvü sənədin lehinə, Rusiya (BMT-nin daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.
11 Aprel 2018 07:54 DünyaRusiya ABŞ-ın Suriyada güman olunan kimyəvi hücumun araşdırılması üçün yeni mexanizmin yaradılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə veto qoyub.
Şuranın 12 üzvü sənədin lehinə, Rusiya (BMT-nin daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, təklif olunan layihənin araşdırmaların müstəqil aparılması ilə heç bir əlaqəsi yoxdur.
A24.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31