Metroda partlayış - Yaralılar var
9 Fevral 2017 10:21 DünyaFransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.
İnsident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.
Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.
Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31