Separatçıların məşhur komandiri öldürüldü: Givi artıq yoxdur
Ukraynanın Donetsk vilayətindəki separatçıların ən məşhur komandirlərindən biri, "Givi" kimi tanınan Mixail Sergeyeviç Tolstıx terror taktı nəticəsində həlak olub.
8 Fevral 2017 11:31 DünyaUkraynanın Donetsk vilayətindəki separatçıların ən məşhur komandirlərindən biri, "Givi" kimi tanınan Mixail Sergeyeviç Tolstıx terror taktı nəticəsində həlak olub. Bu barədə qondarma "Donetsk Xalq Respublikası"nın "Müdafiə Nazirliyi" məlumat yayıb.
"Somali" alayının komandiri, polkovnik Mixail Tolstıx bu gün səhər saatlarında, yerli vaxtla 06.12-də partlayış nəticəsində həlak olub. Separatçılar partlayışın Ukraynanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını və reallaşdırıldığını bəyan ediblər.
37 yaşlı Mixail Sergeyeviç Tolstıx 2016-cı ilin sentyabrında polkovnik rütbəsi almışdı. Onun başçılıq etdiyi "Somali" alayı İlovaysk şəhərinin işğalında xüsusi qəddarlığı və amansızlığı ilə seçilmişdi.
"Givi" əsir düşmüş ukraynalı hərbçilərlə qəddarcasına davranmağı, onlara işgəncələr verməyi, gülləməyi ilə ad çıxarmışdı. Apa.az