Beyonsun hamiləlik layihəsi oğurluq imiş
Ötən həftə əkiz uşaqlarına hamilə olduğunu açıqlayan müğənni Beyonsun bununla bağlı həyata keçirdiyi fotolayihəsinin oğurluq olduğu üzə çıxıb.
6 Fevral 2017 19:56 DünyaÖtən həftə əkiz uşaqlarına hamilə olduğunu açıqlayan müğənni Beyonsun bununla bağlı həyata keçirdiyi fotolayihəsinin oğurluq olduğu üzə çıxıb. Onun bu layihəsinin məhəbbət ilahəsi Venera, Misir kraliçası Nefertiti kimi tarixi xarakterlərdən ilhamlanaraq hazırlandığı söylənilsə də, başqa bir müğənni onu oğurluqda ittiham edib.
MIA ləqəbli (əsl adı Mathanqi Arulpraqasam) müğənni belə bir şeyi daha əvvəl "POWA" adlı klipində etdiyini söyləyib. Müğənni layihəsinin bəyənilməsinin və ondan ilhamlanaraq hətta çəkiliş aparılmasının yaxşı bir hal olduğunu desə də, buna görə ondan icazə alınmadığını deyib. O, müəlliflik hüququ pozulduğu üçün məhkəməyə müraciət edəcəyini də bildirib. MIA klipindən olan fotonu "Instagram" hesabında paylaşıb. Bu barədə Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir.

