Tuba Büyüküstün və ərindən boşanma xəbərlərindən sonra ilk açıqlama
Boşanmaq üçün məhkəməyə müraciət edən aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylak bu xəbərlərdən sonra ilk dəfə ortaq açıqlama yayıblar. Tubanın keçmiş basketbolçu İbrahim Kutluayla sevgili olma xəbəri cütlüyü əsəbiləşdirib. Onlar bu xəbəri yayanlar haqda məhkəməyə müraciət edəcəklərini açıqlayıblar. Açıqlamanın sonunda Tubanın soyadının hələ də Saylak yazılması diqqətdən yayınmayıb.
6 Fevral 2017 19:50 DünyaBoşanmaq üçün məhkəməyə müraciət edən aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylak bu xəbərlərdən sonra ilk dəfə ortaq açıqlama yayıblar. Tubanın keçmiş basketbolçu İbrahim Kutluayla sevgili olma xəbəri cütlüyü əsəbiləşdirib. Onlar bu xəbəri yayanlar haqda məhkəməyə müraciət edəcəklərini açıqlayıblar. Açıqlamanın sonunda Tubanın soyadının hələ də Saylak yazılması diqqətdən yayınmayıb.
Açıqlamada deyilir: "Ailə həyatımızın məhrəmiyyətinə hörmət edilmədən yazılan xəbərlər yalan və iftiradır. Bu əsassız xəbərlə bağlı hüquqi işlər başlamışdır. İctimaiyyəti bu şəkildə məşğul etməkdən narahat və kədərliyik". Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbər verir.