Yeni “Samsung” smartfonu nümayiş olunacaq

“Samsung” şirkəti yaxın vaxtlarda “Samsung Galaxy C5 Pro” adı ilə təqdim olunacaq yeni smartfon versiyası yaradıb. “Samsung Galaxy C5 Pro” smartfonunun müxtəlif mikrosxemlər dəsti (chipset) ilə təchiz olunmaqla iki variantda təqdim ediləcəyi gözlənilir. Birinci qurğu “Mali-T830” qrafik mikrosxeminə malik səkkiznüvəli “Exynos 7870” mikroprosessoru ilə işləyir. Aparat 16 giqabayt tutumlu quraşdırılmış, 2 giqabayt operativ yaddaşla təchiz edilib. Smartfonun yaddaşını, həmçinin əlavə olaraq “microSD” kartı ilə genişləndirmək mümkündür.

"Samsung" şirkəti yaxın vaxtlarda "Samsung Galaxy C5 Pro" adı ilə təqdim olunacaq yeni smartfon versiyası yaradıb. "Samsung Galaxy C5 Pro" smartfonunun müxtəlif mikrosxemlər dəsti (chipset) ilə təchiz olunmaqla iki variantda təqdim ediləcəyi gözlənilir. Birinci qurğu "Mali-T830" qrafik mikrosxeminə malik səkkiznüvəli "Exynos 7870" mikroprosessoru ilə işləyir. Aparat 16 giqabayt tutumlu quraşdırılmış, 2 giqabayt operativ yaddaşla təchiz edilib. Smartfonun yaddaşını, həmçinin əlavə olaraq "microSD" kartı ilə genişləndirmək mümkündür.

Məlumata görə, "Samsung Galaxy On7 Pro 2017" adlanacaq ikinci model 5,7 düymlü ekrana malik olmaqla "Media Tek Helio P20" tipli səkkiznüvəli prosessorla təchiz ediləcək. Qrafik çip "Mali-T880" mikrosxeminə malikdir. Qurğunun yaddaş tutumu istehsalçı tərəfindən 3 giqabayt operativ, 32 giqabayt quraşdırılmış yaddaş göstəricilərinədək genişləndirilib. "Android 7.0 Galaxy J7 2017" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31