İşığın köməyi ilə çap texnologiyası hazırlanıb

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri kənar təsir nəticəsində rəngini dəyişdirən nanozərrəciklərdən ibarət nazik plyonkadır.

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri kənar təsir nəticəsində rəngini dəyişdirən nanozərrəciklərdən ibarət nazik plyonkadır. Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı "işıq çapı kağızı" adlandırıblar.

Çap prosesində adətən "rəngsiz fonda göy rəng" yaradılır, çünki belə daha yaxşı oxunulur, hərçənd əksinə də mümkündür.

Çap edildikdən sonra yüksək təsvir ölçüsünə malik təsvir sənəd üzərində 5 gün qalır, bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni sürətli silmək üçün kağızı 10 dəqiqə ərzində 120 selsi dərəcəyədək qızdırmaq lazımdır.

Yeni texnologiya təbii resurslara xeyli qənaət etməyə imkan verəcək. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31