“Google” şirkəti “iPhone” üçün “Chrome” brauzerinə yeni funksiya əlavə edəcək

“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq.

"Google" şirkəti tezliklə "iPhone" smartfonunda işləyən "Chrome" brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra "QR" kodlarının oxunması funksiyası mümkün olacaq. Əvvəllər belə imkan yalnız "Android" istifadəçiləri üçün əlçatan idi. "Alma" şirkətinin smartfonlarında bu funksiya yox idi. Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində "QR" yığmaqdır. İstifadəçi "QR" kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman "Chrome" həmin məhsul haqda qiymət və rəyləri göstərir. Bu barədə ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31