Aeroportun 300-ə yaxın əməkdaş tətil keçirir

Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir. 

Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir. Aeroportun tətil edən əməkdaşları əmək haqlarının artırılması, nəqliyyat xərclərinin ödənilməsi, sosial güzəştlərin təmin edilməsi kimi tələblərlə çıxış edirlər. Aeroport rəhbərliyi tətil edən əməkdaşlarla görüşüb, tələblərini dinləsə də, hələ ki, onlarla razılığa gələ bilməyib. Aeroport əməkdaşlarının tətili ilə əlaqədar reyslərin gecikməsi və ya təxirə salınması barədə isə hələ məlumat verilməyib. Bu barədə Trend.az "Bangkok Post" qəzetinə istinadən xəbər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31