26 yaşlı ana 2 övladını ÖLDÜRDÜ

Türkiyənin İstanbul şəhərinin Bağcılar qəsəbəsində övladlarını qətlə yetirən ana Haticə Tiryaki həbs olunub. "Olaylar"  "Habercom" - a istinadən bildirir ki, uşaqların  biri 6 aylıq, digəri isə 5 yaşında olub.

Polisin verdiyi məlumata görə, hadisə ötən həftənin cümə axşamı, saat 22:00 - da 100 İl məhəlləsi, 2165 küçəsində yerləşən  4 mərtəbəli binanın sonuncu mərtəbəsində  baş verib. İddiaya görə 26 yaşı olan ana Hatiçe Tiryaki  hələlik məlum olmayan səbəb üzərində övladlarını yastıqla boğaraq, öldürüb.

Daha sonra qadın qohumlarına zəng edərək uşaqlarını boğduğunu deyib. Evə  gələn qohumlar dərhal polisə və təcili yardıma xəbər veriblər. Təcili yardım maşını ilə xəstəxanaya aparılan uşaqların boğularaq öldürüldüyü təsdiq olunub.

Bağcılar polisləri tərəfindən evindəcə həbs olunan qadın övladlarını boğduğunu etiraf edib. Hatiçe Tiryaki uşaqları nə üçün boğduğu haqqında polisə heç bir məlumat verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31