Türkiyədə güclü zəlzələ - YENİLƏNİB

Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.

Episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.

Bayırköy muxtarı Mehmet Yəhya Çavuş isə kənddə 40-50 evə, eləcə də təsərrüfata zərər dəydiyini deyib.

Çamköy muxtarı Mustafa Sinop da kənddə 5-6 evin zərər gördüyünü bildirib. Trend.az

---------

08:46

Türkiyənin Çanakkale vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 06:51-də ba. verən zəlzələnin episentri Ayvacıq rayonunda olub. Yeraltı təkanların ocağı 9,25 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Trend-in "Hürriyet"ə istinadən xəbər verir.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31