22 faiz Rusiyanı “düşmən” hesab edir - ŞOK HESABAT
4 Fevral 2017 19:59 DünyaDünyanın ən nüfuzlu sorğu təşkilatı hesab olunan "YouGov" ABŞ-da əhali arasında Rusiya ilə bağlı keçirdiyi araşdırmaların nəticələrini açıqlayıb.
Hesabatda ABŞ əhalisinin hər 5 nəfərdən birinin Rusiyanı düşmən dövlət gördüyü qeyd olunur.
"YouGov" təşkilatının hesabatında deyilir ki, ABŞ vətəndaşlarının təqribən üçdə biri Rusiyanı "dost olmayan", 22 faizi isə "düşmən" dövlət olaraq görür.
Hesabatda Rusiyanı "düşmən" olaraq görənlərin 39 faizi ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintona, 10 faiz isə Donald Trampa səs veriblər.
Sorğunun nəticələrinə görə, ABŞ-ın ən böyük düşmənləri Şimali Koreya və İran, ən yaxın müttəfiqləri isə Kanada və Böyük Britaniyadır.
Publika.az xarici mediaya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31