ABŞ Türkiyə gəmisinə HÜCUM ETDİ
4 Fevral 2017 16:03 DünyaABŞ-ın Miqrasiya və Gömrük İdarəsinin xəfiyyə əməkdaşları Türkiyəyə məxsus "Niledutch Opresy" adlı yük gəmisinə hücum ediblər.
Xarici mediaya xəbər verir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "Elizabeth" limanında baş verib.
Hücum zamanı Türkiyə gəmisinin kapitanı Özcan Köse və baş maşinisti Oğuz Köse də saxlanılıb. Onlar ABŞ-a qanunsuz olaraq miqrant daşımaqda təqsirli bilinirlər.
ABŞ-ın Miqrasiya və Gömrük İdarəsi saxlanılan Türkiyə vətəndaşlarının Pensilvaniyada məhkəmə önünə çıxarılacağını bəyan edib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31