Trampın iqtisadi doktrinası nə vəd edir?

Dünyanın qlobal iqtisadi böhrandan, müharibələrdən, istilalardan, hərc-mərclik , xaos və qeyri-müəyyənlikdən yorulmasından doğan narazılıq dalğası məntiqi surətdə superdövlət olan ABŞ-da ciddi dəyişikliklər tərəfdarı olan Donald Trampın hakimiyyətə gəlişi ilə sonuclandı. Tramp fenomeni dünyada bir təşvişdən əlavə, həm də ciddi dəyişikliklər gözləntisi də yaradıb. Müasir dünya düzəni o qədər pozulub ki, yeni çağırışlar tələb edir ki, bu dağıdıcı yarışı dayandırmaq aparıcı dövlətlətlərin siyasətinin prioriteti olmalıdır. Bu yarışı iqtisadi sahəyə keçirmək lazımdır ki, dünya iqtisadiyyatında çulğalaşıb tərəqqiyə mane olan problemlərin düyünü açıla bilsin...

ABŞ-ın özündə əmək məhsuldarlığı, sosial bərabərsizlk və sair sahələrdə problemlər artıb
 

Dünyanın qlobal iqtisadi böhrandan, müharibələrdən, istilalardan, hərc-mərclik , xaos və qeyri-müəyyənlikdən yorulmasından doğan narazılıq dalğası məntiqi surətdə superdövlət olan ABŞ-da ciddi dəyişikliklər tərəfdarı olan Donald Trampın hakimiyyətə gəlişi ilə sonuclandı. Tramp fenomeni dünyada bir təşvişdən əlavə, həm də ciddi dəyişikliklər gözləntisi də yaradıb. Müasir dünya düzəni o qədər pozulub ki, yeni çağırışlar tələb edir ki, bu dağıdıcı yarışı dayandırmaq aparıcı dövlətlətlərin siyasətinin prioriteti olmalıdır. Bu yarışı iqtisadi sahəyə keçirmək lazımdır ki, dünya iqtisadiyyatında çulğalaşıb tərəqqiyə mane olan problemlərin düyünü açıla bilsin...
 Millət vəkili Əli Məsimli bildirib ki, 2008-ci il qlobal maliyyə-iqtisadi böhranından sonra inkişaf etmiş ölkələr arasında iqtisadiyyatı daha çox bərpa olunan və daha yüksək artım templəri ilə gedən Amerika iqtisadiyyatıdır. Ona görə də hazırda ABŞ iqtisadiyyatının durumu xeyli parametrlər üzrə 8 il bundan öncə Obama hakimiyyətə gəldiyi vaxtdakından yaxşıdı. Amma əmək məhsuldarlığı, sosial bərabərsizliyin artması və sair sahələrdə problemlər artıb. Ona görə də ABŞ-ın yeni prezidenti Donald Tramp iqtisadi siyasəti dəyişdirmək istəyir: "Donald Tramp andiçmə mərasimindəki çıxışının leytmotivi "Hər şey Amerika və amerikalılar üçün!" oldu. O, bunu iki istiqamətdə reallaşdıracağını bildirdi: bir tərəfdən Amerikanın milli təhlükəsizliyini artırmaq məqsədilə ölkənin sərhədlərini gücləndirmək və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayıb, bu məsələni tez bir zamanda çözmək. Digər tərəfdən isə ABŞ-n əsas resurslarını, xaricdə xərclənən trilyon dollarla vəsaiti qlobal qarşıdurma, rəngli inqilablar və sair bu kimi istiqamətlərdən daha çox iç problemlərin həllinin sürətlənməsinə, ölkə vətəndaşlarının sosial-iqtisadi problemlərinin həllinə yönəltmək: yetərincə yeni iş yerləri açacaq, fabriklər, zavodlar yaradacaq, körpülər tikdirəcək. Amerika dünyanı təkbaşına idarə etməkdən ötrü daha da güclənəcək... Bu deyilənlər kontekstində "Hər şey Amerika və amerikalılar üçün!" şüarı cəzbedicidir. Amma qloballaşmanın çox dərinə işlədiyi hazırkı şəraitdə Amerikada belə təcridçilik siyasətinin bir hissəsi reallaşsa da, tam əhatəli şəkildə gerçəkləşməsi mümkünsüzdü. Ona görə də böyük sual yaranır: ABŞ prezidentinin gözlənilməz, radikal, geosiyasi baxımından tarazlaşdırılmamış siyasətinin hökm sürəcəyinə dair iddialar özünü doğruldacaq, yoxsa dünyanın ən varlı adamı Bil Qeytsin dediyi kimi, Donald Trampın zamanında ABŞ öz inkişafında irəliyə doğru böyük bir addım atacaq, ... yoxsa Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayerin dediyi kimi, "XXI əsrdə dünya nizamına baxış necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır". Onun sözlərinə görə, Donald Trampın sərgilədiyi iqtisadi doktorinanın reallaşmasının dünyaya və ABŞ-a nə verəcəyi sualı da təşviş doğuran məsələlər sırasındadır. Dünya iqtisadiyyatının əsas və müəyyənedici hissəsi zəncirvari reaksiya şəklində bir-biri ilə sıx əlaqəlidir. Bu zəncirin bir həlqəsindəki radikal dəyişiklik mütləq digər həlqələrə də ciddi təsir edir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının dörddə biri səviyyəsindədir. Bu, bütövlükdə Avrozona boyda və ya Rusiya iqtisadiyyatından 13-14 dəfə böyük bir iqtisadi nəhənglik deməkdir. Belə miqyaslı iqtisadiyyat dünya iqtisadiyyatının istənilən sahə və yönümünə: qlobal maliyyə bazarına, fond birjalarına, neftin qiymətinə, milli valyutalara, sənayenin aparıcı sahələrinə və s. istədiyi qədər təsir edə blər. Məsələn, bir sıra ekspert qiymətləndirmələrinə görə, birdən OPEC sözə baxmayıb neftin qiymətini Amerikanın arzulamadığı səviyyəyə qaldırmaq istəsə, ABŞ uzağı iki aya neftin qiymətini yenə də istədiyi səviyyəyə endirə bilər. Ona görə də Donald Trampın ABŞ üçün yeritmək istədiyi siyasətin dünya iqtisadiyyatına necə təsir göstərəcəyi böyük suallar yaradır: "Bu baxımdan heç də təsadüfü deyil ki, 2017-ci ilin Davos Forumunda əsas şüar "Liderliyin cavabdehliyi" olmaqla "qlobal təhlükələr cavab axtarışı" məsələlərinə həsr olunmuşdu. Fikrimcə, Donald Trampın iqtisadiyyat sahəsində etmək istədiklərinin çoxunu bir, hətta iki prezidentlik müddətində belə tam reallaşdırmaq müşkül məsələdir. Amma birdən həmin proqramın gözlənildiyindən daha çox hissəsi reallaşarsa, on illiklər ərzində formalaşan qayda, iqtisadi proses, prinsip və meyllərin radikal dəyişdirilməsi nəticəsində dünya iqtisadiyyatı proqnozlaşdırılması çox çətin olan ağır sınaqlar qarşısında qala bilər... Bunun daha çox müsbət və ya mənfi nəticələrlə sonunclanacağı isə yenə də açıq qalan suallar sırasındadır... ABŞ-ın həm daxili, həm də xarici siyasətdə, iqtisadi qanunauyğunluqları yetərincə nəzərə almadan radikal dəyişikliklər etməsi, qlobal iqtisadiyyatda "böyük iqtisadi xaosa" gətib çıxara bilər". Millət vəkili əlavə edib ki, Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir. Bununla belə Trampın açıqlamarındakı təcridçilik notlarından çıxış edən bir sıra analitiklər hələlik ABŞ-ın Cənubi Qafqaza marağının azalacağı ehtimalını irəli sürürlər. Bəyanatlardan belə çıxır ki, ABŞ dünyadakı proseslərə o qədər də müdaxilə etməyəcək. Bu baxımdan Trampın Cənubi Qafqaza münasibətdə hansı siyasət yürüdəcəyi ilə bağlı narahatlıq təbiidir: "ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişikliklərin konkret məqamlarından danışmaq və proqnoz vermək hələ tezdir. Digər tərəfdən, Amerikanın maraqlarının bu ölkənin prezidentindən öndə olduğunu nəzərə alsaq, onda ölkənin Cənubi Qafqaza, xüsusən də bu regionun ən əsas dövləti olan və Avropanın enerji təhlükəsizliyində iştirak edən, antiterror fəaliyyətinə açıq şəkildə öz töhfəsini verən Azərbaycana münasibətdə siyasətinin radikal şəkildə dəyişəcəyini də gözləmək düzgün olmaz. Ona görə də böyük ehtimalla yaxın perspektivdə Amerikanın Qafqaz siyasətində əsaslı dəyişiklik gözlənilmir. Ölkəmiz müstəqillik qazandıqdan sonra ABŞ və Azərbaycan arasında olan münasibətlərdə müstəqilliyimizə dəstək, təhlükəsizlik, demokratiya və iqtisadi sahədə, xüsusən də enerji sahəsində və alternativ kommunikasiya xətlərinin yaradılması sahəsindəki əməkdaşlıq əsas yer tutub. ABŞ sözügedən həmin sahələrin bir-biri ilə sıx bağlı olmasını təhlükəsizliyin mühüm amili hisab edir. Görünür, bundan sonra da yalnız inauqurasiyada səsləndiyi kimi ölkələrin daxili işlərinə qarışmamaq xətti əlavə olunmaqla, sözügedən həmin 3 sahə, heç birinə ciddi üstünlük verilmədən ABŞ - Azərbaycan münasibətlərinin əsası olmaqda davam edəcək. Bundan əlavə, Donald Trampın Azərbaycana yetərincə bələd olan biri olması əlaqələrə əlavə impuls verə bilər. Azərbaycanın əsas problemi olan Qarabağ məsələsinə gəldikdə isə hesab edirik ki, Cənubi Qafqazın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ABŞ-ın əvvəlki administrasiya zamanı Vaşinqton üçün prioritetlər siyahısında olmamasının bundan sonra da eyni cür davam etməsi təkcə Azərbaycanın deyil, həm də Qərbin də ziyanına işləyər. Çünki bu halın uzanması Cənubi Qafqazı çox təhlükəli bir münaqişə ocağına çevrilə bilər. Ona görə də biz Cənubi Qafqaz regionuna Rusiya-ABŞ münasibətləri kontekstində yanaşmaqla, Dağlıq Qarabağ məsələsində ABŞ-ın daha fəal roluna ümid edirk. ABŞ-ın Rusiya ilə fikirdə, sözdə və işdə bu problemin həllinin sürətləndirilməsinə yönəlik fəaliyyətdə beynəlxalq hüquq normaları və indiyədək BMT TŞ və digər mötəbər qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara üstünlük verəcəyini gözləyirik. Bu halda ABŞ-Rusiya münasibətlərindən asılı olaraq, Cənubi Qafqaza, Azərbaycana və Dağlıq Qarabağ məsələsinə yanaşmada ən müxtəlif ssenarilər baş verə bilər".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31