Zəvvar monastırın baş rahibəsini öldürdü
6 Yanvar 2017 17:43 DünyaBelarusun Svyato-Kseniyevsk monastırının baş rahibəsi qətlə yetirilib.
Publika.az "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, bu haqda Belarus dini idarəsinin sözçüsü Sergey Lepin bildirib.
"Vasilissa ananın öldürülməsi faktını təsdiqləyə bilərəm. Çox güman ki, ona rahibə olmaq istəyən çoxsaylı monastır üzvlərindən biri hücum edib", - deyə o bildirib.
Lakin başqa bir məlumata görə, 2004-cu ildən Svyato-Kseniyevsk monastırının baş rahibəsi olan Vasilissa zəvvarlardan biri 10 bıçaq zərbəsi vurub. Borisovski yeparxiyasının mətbuat xidməti bildirib ki, qətlə görə O, monastırda müvəqqəti sığınacaq almışdı. Qadında psixiki pozğunluğun olduğu ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31