Pul qazanmaq üçün İŞİD-ə qoşulub

İjevskin 33 yaşlı sakini İqor Xalimendrik İŞİD yaraqlıları ilə əlaqəsinə görə axtarılır.

Modern.az-bildirir ki, onun ekstremistlərin tərəfində vuruşmaq üçün ələ alındığı güman olunur.
Xalimendrikin harada olduğu hələ ki bilinmir, onu xüsusi xidmət axtarır.
33 yaşlı kişinin bu addımı atmasına səbəb kimi biznesdə üzləşdiyi problem göstərilir.
İqor Xalimendrik biznes fəaliyyətini qaydaya salmaq istəsə də, ancaq uğursuzluqla üzləşib. Onun məhz bu vəziyyətdə asanlıqla ələ alına biləcəyi istisna olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31