Amerika tarixində ilk - səfir geri çağırılacaq
6 Yanvar 2017 11:09 DünyaABŞ-ın yeni seçilən prezidenti Donald Trampın keçid qərargahı andiçmə mərasiminə qədər xarici ölkələrdəki bütün səfirlərinin geri çağırılması barədə sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu haqda "New York Times" nəşri yazıb.
Sərəncam 2016-cı il dekabrın 23-də Dövlət Departamentinin səlahiyyətlilərinə göndərilib.
Nəşrin yazdığına görə, Donald Tramp indiki prezident Barak Obama tərəfindən təyin edilmiş bütün səfirlərin vəzifəsinə yanvarın 20-də son verəcək. Bu cür sərəncamın daha əvvəllər heç verilmədiyi bildirilir.
"New York Times" qeyd edir ki, səfirlərin eyni anda geri çağırılması "səfir böhranı"na gətirib çıxara bilər. Çünki yeni səfirlər Senat tərəfindən təsdiq olunmalıdır və bunun üçün müəyyən vaxt tələb olunacaq.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri səlahiyyətlərini yerinə yetirir. Sərəncamla onun da geri çağırılacağı gözlənilir.