ABŞ kəşfiyyatı Rusiya barədə hesabatı açıqlayacaq
5 Yanvar 2017 22:28 DünyaABŞ Milli Kəşfiyyat direktorunun ofisi gələn həftənin əvvəlində "Rusiyanın kiberhücumları" haqqında məruzənin qeyri-məxfi versiyasını ictimaiyyətə təqdim etmək niyyətindədir.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Senatında keçirilən dinləmələrdə idarənin başçısı Ceyms Klepper deyib.
Amma Klepper Rusiyanın kiberhücumlarının sübutları haqqında açıq danışmaqdan imtina edib. İdarənin ekspertlərinin fikrincə, bunlar Amerikanın kompüter sistemlərinə hücumlarda Rusiyanın iştirakını sübut edir.
Moskva isə onun ünvanına olan ittihamı qəti surətdə təkzib edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31