Növbəti TERROR: Stadionun qarşısında partlatdılar
5 Yanvar 2017 22:23 DünyaSuriyanın Cəbla şəhərində törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 45 nəfər isə yaralanıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil şəhər stadionunun qarşısında partladılıb.
Partlayış nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, ərazidə dayanmış avtomobillər yanıb.
Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31