Suriya münaqişəsi ilə bağlı danışıqların vaxtı dəqiqləşdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya münaqişəsi ilə bağlı danışıqların Astanada yanvarın 23-də keçiriləcəyini bəyan edib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

M.Çavuşoğlu bildirib ki, danışıqlara hazırlıq məsələlərinin müzakirə olunması üçün rusiyalı ekspertlər yanvarın 9-10-da Türkiyədə səfərdə olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31