İŞİD terrorçusunun arvadı “Reina” hücumundan danışdı
4 Yanvar 2017 12:03 Dünyaİstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar İzmirdə əməliyyat təşkil edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda Konyadan İzmirə 20 gün əvvəl gələn və qırğızlarla uyğur türklərindən ibarət 27 nəfər saxlanılıb.
Üç ailənin üzvü olan şəxslərin "Reina" hücumunu həyata keçirən terrorçu ilə əlaqəsinin olub-olmadığı araşdırılır.
Terrorçunun həyat yoldaşı terror hücumu barədə televiziyadan öyrəndiyini və ərinin İŞİD-ə simpatiyasının olduğunu belə bilmədiyini deyib. Saxta pasportla ölkəyə daxil olan terrorçunun həyat yoldaşının ərinə dəstək verib-vermədiyi hələ məlum deyil.
Terror aktı ilə əlaqədar daha əvvəl 16 şübhəli saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31