Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 1-dən vəzifəsinin icrasına rəsmən başlayan Birləşmiş Millətlər Təşkilatıının (BMT) baş katibi Antoniu Quterreş ilə görüşmək üçün yanvarın 5-də ABŞ-a səfər edəcək.

Trend-in "Haber 7"yə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin yazılı açıqlamasında deyilir.

Qeyd edilir ki, səfər çərçivəsində aktual regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31