Hindistanda güclü zəlzələ

Hindistanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Publika.az "TASS"a istinadən xəbər verir ki, zəlzələ yüzlərlə tikilinin dağıntıya məruz qalmasına və regionda çoxsaylı sürüşmələrə səbəb olub.

Fəlakətin episentri Tripura ştatının Dxalay əyalətində olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31