Metro keçidində PARTLAYIŞ: yaralıların sayı artdı - YENİLƏNİB - VİDEO
Moskvada metro stansiyasında baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.
22 Dekabr 2016 12:00 DünyaMoskvada metro stansiyasında baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.
Məlumata görə, xəsarət alanların sayı 4 nəfərə çatıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Trend.az
***
Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən "Kolomensk" metro stansiyasının keçidində partlayış olub.
report xəbər verir ki, bunu Moskvanın təcili yardım xidmətlərindən bildiriblər.
Məlumata görə, partlayış Andropov prospektindəki "Kolomensk" metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.
Şahidlərinin dediyinə görə, partlayış nəticəsində 5 kv.m sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.
Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.