Türkiyə ordusu Suriyada İŞİD-in 25 terrorçusunu məhv edib
18 Dekabr 2016 07:40 DünyaTürkiyə Hərbi Qüvvələri (HQ) "Fərat qalxanı" əməliyyatları çərçivəsində Suriyanın şimalında İŞİD-in 25 terrorçusunu məhv edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumat görə, həmçinin terrorçuların 206 obyekti məhv edilib.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı bu ilin avqust ayının 24-dən aparılır.
----------
21:25
Türkiyəyə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə son sutka ərzində 64 zərbə endiriblər. Milli.Az APA-ya istinadən xəbər verir ki, hücum nəticəsində azı 20 silahlı məhv edilib.
Bundan başqa Türkiyə ordusu artilleriya və digər silahlardan İŞİD mövqelərinə 206 zərbə endirib.
Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD-ə qarşı "Ərəfat qalxanı" əməliyyatı keçirir.