“Instagram” istifadəçilərinin sayı 600 milyonu ötdü
“Instagram” sosial şəbəkəsinin ay ərzindəki aktiv istifadəçilərinin sayı 600 milyonu ötüb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədən açıqlama verilib.
16 Dekabr 2016 19:48 Dünya"Instagram" sosial şəbəkəsinin ay ərzindəki aktiv istifadəçilərinin sayı 600 milyonu ötüb.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədən açıqlama verilib.
Bu ilin iyununda "Instagram" komandası yarım milyard istifadəçi həddini keçdiklərini elan etmişdi. Son 6 ayda şəbəkəyə daha 100 milyon insan qoşulub. Bu, "Instagram" yaranandan bəri ən sürətli artımdır.
Ötən müddətdə birbaşa yayım, "Instagram Stories" kimi yeni funksiyalar istifadəyə verilib.
Qeyd edək ki, son iki ildə "Instagram"da istifadəçilərin sayı iki dəfə artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31