Qocalığın qarşısı alındı - İnsanlar 100 ildən çox yaşayacaq

Yaxın 10 ildə elm qocalığın qarşısını almaq iqtidarında olacaq. ATV.az "The Telegraph"a istinadən xəbər verir ki, alimlərin apardığı son araşdırmaların nəticəsi belə deməyə əsas verir. Bildirilir ki, amerikalı alimlərin siçanlar üzərində apardığı araşdırmaların nəticəsində onların yaşlı hüceyrələri rüşeym formasına qaytarılıb. Həmçinin, laboratoriya şəraitində insan dərisinin hüceyrələrini də cavanlaşdırmaq mümkün olub.

Yaxın 10 ildə elm qocalığın qarşısını almaq iqtidarında olacaq.

ATV.az "The Telegraph"a istinadən xəbər verir ki, alimlərin apardığı son araşdırmaların nəticəsi belə deməyə əsas verir. Bildirilir ki, amerikalı alimlərin siçanlar üzərində apardığı araşdırmaların nəticəsində onların yaşlı hüceyrələri rüşeym formasına qaytarılıb. Həmçinin, laboratoriya şəraitində insan dərisinin hüceyrələrini də cavanlaşdırmaq mümkün olub.

Metodun uğurlu nəticə verməsi insanlarda qocalığın qarşısının alına biləcəyinin mümkünlüyünə inam yaradıb. Elm adamları bu üsulla insanların 100 ildən çox yaşaya biləcəyini deyir. Metod nəticəsində canlıların ömrünün 30 faiz artdığı müşahidə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31