2017-ci ildə uçot dərəcəsi üç dəfə artacaq - FED
15 Dekabr 2016 09:28 DünyaMilli.AZ
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib.
Sentyabr ayında gələn il uçot dərəcəsinin iki dəfə artırılacağı bildirilirdi.
Bunu kiçik tənzimləmə kimi adlandıran Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen bildirib ki, artıma səbəb iş yerlərinin çoxalması, inflyasiya göstəriciləri və yeni ABŞ administrasiyasının siyasəti səbəb olacaq.
Qeyd edək ki, dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75%-dək artırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00