Rusiya Türkiyəni aldatdı – MÜHARİBƏ BAŞLANDI
14 Dekabr 2016 21:31 DünyaƏsəd ordusu və İranın nəzarətindəki şiə qruplar Hələbdəki atəşkəsi pozaraq hücuma keçib.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30-dan başlayaraq Əsəd ordusu top mərmiləri atıblar.
Müxaliflərin nəzarətindəki 6 kvadrat kilometr əraziyə 40 dəqiqə içində onlarca top mərmisi atılıb.
Qeyd edək ki, Türkiyənin vasitəçiliyi və Rusiyanın rəhbərliyi ilə dünən saat 19:00-da Hələbdə atəşkəs bağlanmışdı. Atəşkəs əldə olunan kimi müxaliflər bölgədəki sivil əhalini və yaralıları çıxarmağa başladı. Lakin bu gün səhərdən başlayaraq, hücum yenidən başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00