Sərnişin gəmisi batdı

Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində, Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.Bu barədə TASS məlumat verir.

60-dan artıq sərnişindən xəbər yoxdur

Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində, Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.Bu barədə TASS məlumat verir.

Məlumata görə, gəmidə 64 sərnişin, o cümlədən qadın və uşaqlar varmış.

Gəmi Yəmənin Hadramaut vilayətindən - Əl-Mukalla şəhərindən adaya doğru marşrut üzrə hərəkət edirmiş. Məlumata görə, gəmi limandan ayrılandan bir müddət sonra sahil xidməti ilə əlaqəsi kəsilib.

Hadramaut vilayətinin müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar. Son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00