OPEC baş katibinin Azərbaycana səfəri gözlənilir
OPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlayıb.
24 Noyabr 2016 12:18 DünyaOPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlayıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, prezident İlham Əliyevin razılığı ilə M. Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00