13 yaşlı şagirdindən hamilə olan müəllimə 30 il cəza verildi
21 Noyabr 2016 10:09 DünyaABŞ-da 13 yaşındakı şagirdindən hamilə qalan ingilis dili müəlliminin cəzası bəlli olub.
PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı gənc müəllim 30 il həbsə məhkum edilib.
ABŞ-ın Texas ştatında ötən aprel ayında 13 yaşlı oğlan şagirdi ilə cinsi əlaqə yaşadığını etiraf etdikdən sonra haqqında qanuni əməliyyat başlanılan Alexandria Vera 30 il həbs cəzasına məhkum edilib.
İngilis dili müəllimi 2015-ci ilin sentyabr ayından başlayaraq şagirdi ilə birlikdə olduğunu qəbul etmişdi.
Məhkəmə sənədlərində müəllimin şagirdlə demək olar hər gün əlaqəyə girdiyi və bu münasibəri gizlətmək kimi bir arqument də görmədikləri bildirilir.
13 yaşındakı şagirdindən hamilə qalan Vera abort etdirdiyini də etiraf etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00