Türkiyədə yeni həbslər: "Cümhuriyet" qəzetinin rəhbər şəxsləri saxlanıldılar

Türkiyənin "Cümhuriyet" qəzetinin rəhbər şəxslərinin evi polis basqınına məruz qalıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib. Murad Sabuncu və Güray Öz saxlanılıb. Akın Atalay isə xaricdə olduğu üçün onun barəsində həbs qəti imkan tədbiri seçilib. 
 
Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir.

---------

09:42

Türkiyənin "Cümhuriyet" qəzetinin rəhbəri Murad Sabuncu və qəzetin icra qurumunun rəhbəri Akın Atalay saxlanılıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib.

Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00