İntihara cəhd edən qadını polis qurtardı
Türkiyənin Mersin şəhərində körpüyə çıxan 26 yaşlı qadın polislə danışıqlardan sonra intihar fikrindən daşınıb.
15 Sentyabr 2016 18:33 DünyaTürkiyənin Mersin şəhərində körpüyə çıxan 26 yaşlı qadın polislə danışıqlardan sonra intihar fikrindən daşınıb.
Qafqazinfo xəbər verir ki, ölmək istədiyini deyən qadını 30 dəqiqə davam edən danışıqdan sonra fikrindən daşındırmaq mümkün olub.
Həyat yoldaşı 3 ildir həbsxanada olduğu üçün uşağı ilə yaxınlarında qalır.
Qadın bir çox dövlət qurumlarına ev üçün müraciət etdiyini ancaq kömək edənin olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00