FETÖ-nün əsas adamlarından biri saxlanıldı
6 Sentyabr 2016 10:47 DünyaTürkiyədə çevriliş cəhdindən sonra başlayan istintaq çərçivəsində FETÖ-nün əsas idarəçilərindən biri saxlanılıb.
qafqazinfo xəbər verir ki, təşkilatın əsas idarəçilərindən olan Bilal Ünsal gizləndiyi evdə ələ keçirilib. Nevşəhər Prokurorluğunun həbs qərarı çıxardığı B.Ünsal məhkəməyə aparılıb.
İddiaya görə, Fətullah Gülənin əsas adamlarından biri hesab edilən B.Ünsal İç Anadolu Bölgəsində imamlıq edib, eyni zamanda, 24 vilayətdə təşkilatın əsas idarəçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00