İstifadə etdiyimiz telefonlar bunun sayəsində istehsal olunur - Dəhşət Görüntülər
24 Avqust 2016 06:31 DünyaSon dərəcə nadir bir element olan koltanı çıxarmaq üçün işləyən 1400 fəhlə 12 saat günəşin altında işləyib gündə 5 dollar qazanır.
Sözügedən elementi əlləri çıxarmaq məcburiyyətində olan işçilər Ruanda və Uqanda sərhədində bir dağın zirvəsində təhlükəli bir şəkildə işləyir.
Haqları tapdalanan Konqolu işçilərin görüntüsü 19-cu əsrdəki çılğın bir qızıl tapmaq yarışı kimi tanınan qızıla hücum hərəkətinə bənzədilir.
Dünyada ehtiyatlarının 80%-i Demokratik Konqo Respublikasında olan və mobil telefon, notebook, Playstation kimi yüksək texnologiya məhsullarında istifadə edilən koltan, tutqun qara rəngli mineraldır və tərkibində niobium və tantal var.
Xüsusilə mobil telefonlarında voltajı tənzimləyən və enerji toplamağa yarayan hissələrin hazırlanmasında istifadə edilən koltan filizi əl ilə çıxardığı üçün böyük zəhmət tələb edir.