Avqustun 20-də Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı törədilən terror aktından sonra ərazidə axtarış aparılarkən terrorçu-kamikadzelər üçün nəzərdə tutulan bir ədəd partlamamış jilet aşkar edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qaziantep vilayətinin Baş prokurorluğu məlumat yayıb.
----------
12:25
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Qazıantep şəhərində partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
---------
08:30
Türkiyənin Qazıantep şəhərində partlayış baş verib.
Trend-in CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 30 nəfər ölüb, 94 nəfər yaralanıb.
Hadisə yerinə polis və həkimlər cəlb olunub.
Qazıantep qubernatoru Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış toy şənliyi zamanı törədilib.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan "CNN Türk" telekanalına açıqlamasında partlayışın "canlı bomba" tərəfindən törədildiyini bildirib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

