Türkiyədə polis bölməsinə hücum: 3 ölü, 73 yaralı YENİLƏNİB - FOTO

Türkiyədə terror aktı zamanı yaralananların sayı 73 nəfərə çatıb. 
Milli.Az Haberturk-ə istinadən bildirir ki, Vanda PKK terrorçuları İki Nisan Polis Mərkəzi önündə bomba ilə dolu iki maşın partladıblar. 
Van valisi Taşyapan hücum zamanı 1 polisin şəhid olduğunu və 2 mülki vətəndaşın öldüyünü bildirib. Taşyapan: "20-si polis olmaqla 73 yaralımız var", - deyib.

-----------

07:20

Türkiyədə terror aktı zamanı yaralananların sayı 71 nəfərə çatıb. 

Milli.Az "Report"a istinadən bildirir ki, yaralananlardan 17-i polis əməkdaşıdır. Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Partlayış zamanı ölənlərdən 1-i uşaqdır. 

07:14

Milli.Az Trend-ə istinadən bildirir ki,  Türkiyənin Van vilayətində polis bölməsinə bomba yüklü avtomobillə hücum nəticəsində 3 nəfər ölüb, 40 nəfər isə yaralanıb. 

02:04

PKK terrorçularının Türkiyənin Van vilayətinin İpək yolu rayonunda polis mərkəzinə hücumu zamanı 3 nəfər dünyasını dəyişib. 
Milli.Az "Report"a istinadən bildirir ki, partlayış zamanı 2-si polis olmaqla 40 nəfər yaralanıb.
Yaralılar hadisə yerinə göndərilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, terrorçular yerli vaxtla saat 23:00 radələrində içində partladıcı maddələrin olduğu avtomobillə polis mərkəzinə  hücum edib.
"Anadolu" agentliyinin verdiyi son məlumata görə, çoxlu sayda polisin və zirehli texnikanın cəlb edildiyi əməliyyat zamanı terror aktını törətmiş şəxs yaralı vəziyyətdə yaxalanıb. Adı  açıqlanmayan terrorçu Van Vilayətinin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsinə gətirilib.    

01:24

Türkiyənin Van vilayətinin İpək yolu rayonunda baş vermiş terror aktı zamanı azı 20 nəfər yaralanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, xəsarət alanlar arasında mülki vətəndaşlar da var.
Hadisəni törətmiş terrorçuların zərərsizləşdirilməsi məqsədilə geniş miqyaslı əməliyyata başlanılıb 

01:15

Türkiyənin Van vilayətində polis bölməsinə bomba yüklü avtomobillə hücum edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. 

Partlayışdan sonra bölgəyə təcili yardım maşınları cəlb edilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00