Malayziyada neft tankerı qaçırılıb
Malayziya hökuməti 900 min litr dizel daşıyan neft tankerinin qaçırıldığını açıqlayıb.
17 Avqust 2016 12:21 DünyaMalayziya hökuməti 900 min litr dizel daşıyan neft tankerinin qaçırıldığını açıqlayıb.
"Reuters" agentliyinin verdiyi xəbərə görə, Malayziya Dəniz İdarəsinin məlumatında bildirilir ki, hazırda "Vier Harmoni" adlı gəmi İndoneziyanın Batam şəhərinin sularındadır. Gəmini qaçıranların kimliyi hələlik müəyyənləşdirilməyib.
Bildirilir ki, 392,7 min dollar dəyərində yükü olan gəmi Tanjung Pelepas limanından yola çıxıb.
İlkin araşdırmalara görə, gəminin qaçırılması daxili problemlərlə əlaqədardır.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00