Tramp ABŞ-ı islama qarşı soyuq müharibəyə çağırdı

ABŞ radikal islamın yayılmasının qarşısını almaqdan ötrü soyuq müharibə dövründə istifadə etdiyi metodlardan yararlanmalıdır.

axar.az  bildirir ki, bu sözləri öz Feysbuk səhifəsində ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp söyləyib.
 
Onun sözlərinə görə, Hillari Klinton öz ərinin təsis etdiyi xeyriyyə fondları vasitəsilə qeyri-ənənəvi baxışlarına görə vətəndaşlarını cəzalandıran və hətta ölüm hökmünə məhkum edən ölkələrdən maliyyə yardımı alır.
 
O, prezident seçiləcəyi təqdirdə bütün amerikalılar üçün ədalətli mühit yaradacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00