“SOCAR Turkey”in sədr müavini həbs olundu -Gülənin ən yaxını idi

Türkiyədə "Petkim" neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud həbs edilib.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirdə Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən sonra açılan istintaq çərçivəsində saxlanılan 25 nəfər arasında onun da adı var.

Dindirilmədən sonra 25 nəfərdən 13-ü "silahlı terror təşkilatı üzvü olmaq" ittihamı ilə həbs edilib. Həbs edilənlər arasında SOCAR-ın iki azərbaycanlı əməkdaşı da var. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00