Hakan Şükür və atası həbs ediləcək

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükür və atasının saxlanılması barədə qərar verilib.

report  bildirir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün tutulması üçün iş başlanılıb.
Məlumata görə, ölkə xaricinə çıxan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.
Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gediblər. Onun atası Selmet Şükür haqqında da saxlanılma qərarı çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00