Xəstəxanada partlayış nəticəsində ölənlərin sayı 52-yə çatdı: çoxu jurnalistdir - YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxananın reanimasiya şəbəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

Report yerli "Dunya News" telekanalına istinadən xəbər verir ki, ölənlərin çoxu jurnalist və hüquqşünasdır. Onların arasında Bəlucistan Vəkillər Kollegiyasi Assosiasiyasının keçmiş prezidentiBilal Ənvər Qazi də var.

Məlumata görə, terror hadisəsi nəticəsində onlarla insan xəsarət alıb.

-----------

11:17

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş verən partlayış nəticəsində 40 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Azvision.az xarici mətbuata istinadən xəbərə verir ki, ölənlərin əksəriyyəti jurnalist və vəkillərdir. Belə ki, Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin cəsədi xəstəxanaya çatdırıldıqdan sonra orada partlayış baş verib. 

Həmin an tibb məntəqəsinə jurnalistlər, vəkillər olub. Partlayış məhz həmin anda baş verib. 

Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Bəlucistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, partlayış kamikadze tərəfindən törədilib. Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

----------

10:23

Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 15 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00