Milli Təhlükəsizlik Xidməti əməkdaşının cəsədi tapıldı
8 Avqust 2016 12:25 DünyaYerevanda Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşının cəsədi aşkarlanıb.Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, bu gün paytaxtda Ermənistan MTX-nin əməkdaşı Xaçatur Kaqramanyanın meyiti mənzildə asılmış vəziyyətdə anası tərəfindən tapılıb. İlkin məlumata görə, onun üzərində zorakılıq əlamətləri olmayıb. Hadisənin təfərrüatları araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00