Türkiyədə məşhur şirkət rəhbəri saxlanıldı

Türkiyənin yağ istehsalı üzrə böyük şirkətlərindən biri olan "Orkide Yağları"ın rəhbəri Əhməd Küçükbay saxlanılıb.

Trend bildirir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir.

Ə.Küçükbay Türkiyədə hərbi çevriliş cəhdində suçlu bilinən Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.

"Orkide Yağları" şirkəti 2003-cü ildə yaradılıb, dünyanın 102 ölkəsinə bitki yağları ixrac edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00