Keçmiş MTN-in həbs etdiyi nazir azadlıqda
6 Avqust 2016 11:50 DünyaSabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbsdən azad edilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, N.Quliyevin həbs müddəti başa çatıb və o, azadlığa buraxılıb.
Qeyd edək ki, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da xatırladaq ki, Nicat Quliyevi 2013-cü il avqustun 7-də keçmiş MTN tərəfindən həbs olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00