Azərbaycanlı eks-rektor vəzifədən çıxarıldı, barəsində araşdırma başlandı
Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttarmüvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
6 Avqust 2016 09:51 DünyaTürkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttarmüvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
report bildirir ki, ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanıb. Onların arasında azərbaycanlı professor da var.
Qeyd edək ki, A.Əttar 4 il Giresun Universitetinin rektoru olub. O, bu ilin mart ayında ən yüksək səs toplamasına baxmayaraq, ali təhsil müəssisəsinə rektor təyin edilməyib. A.Əttar vəzifəsindən kənarlaşdırılanadək Giresun Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri idi.