Neft bazası yanır - Qazaxıstanda

Qazaxıstanda neft bazasında yanğın baş verib.

Barədə report xəbər verir.

"Yanğınla bağlı ilkin məlumatlara görə, Cənubi Qazaxıstan vilayətində, "Munay" Məhdud Məsuliyyətli Tərəfdaşlıqda (MMT) benzinlə dolu 8 sisternin, eləcə də nasos stansiyasının söndürülməsi üzərində iş aparılır", - deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.

Yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib.

Hadisə yerinə yanğınsöndürmə qatarları da çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00